"Əgər həmin vətəndaşlarımız dövlət orqanlarında işləyiblərsə, onların qarşısı vaxtında alınmayıbsa, buna cavabdeh olan şəxslərin də məsuliyyətə cəlb edilməsi gözləniləndir.

Bu fikirləri Unikal.org-a Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə komitəsinin sədr müavini, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə dünən Azərbaycan Respublikasının Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti cəbhənin Tərtər istiqamətində baş verən təxribatlar, erməni kəşfiyyatına məlumat ötürənlərin həbs olunması ilə bağlı yaydığı bəyanat barədə danışarkən deyib. O, qeyd edib ki, vətəninə xəyanət etmək yolunu tutan hər bir kəs gec-tez cəzalandırılacağını göz önünə almalıdır:

"Ermənistanın Azərbaycana qarşı provakasiyası dayanmaq bilmir. Torpaqlarımızın bir həssini işğal etməsi azmış kimi, vaxtaşırı cəbhə xəttində gərginlik yaradır. Eyni zamanda sayıqlığını itirmiş vətəndaşlarımızı da Azərbaycan əleyhinə fəaliyyət göstərməyə sövq edirlər. Göründüyü kimi Ermənistanın Azərbaycana qarşı işğalı müxtəlif formada fəaliyyət göstərir. Ancaq udurlar ki, Azərbaycan ötən əsrin 90-cı illərininin Azərbaycanı deyil. Bu gün Azərbyacanın güclü dövlətçiliyi, öz işini yüksək səviyyədə yerinə yetirən güc strukturları, həmçinin təhlükəsizliyini qoruyan müvafiq orqanları var. Azərbyacanın xüsusi xidmət orqanlarının dünən erməni kəşfiyyatına işləyən vətəndaşlarımızı həbs etməsi göstərir ki, dövlətçiliyimizə qarşı yönələn istənilən addımın qarşısı qətiyyətlə alınacaq. Heç bir halda Ermənistanın Azərbaycanı zəiflətmək, ərazi bütövlüyünü pozmaq cəhdləri baş tutmayacaq. Eyni zamanda vətəninə xəyanət etmək yolunu tutan hər bir kəs gec-tez cəzalandırılacağını göz önünə almalıdır.

Bir çox ölkələrdə belə hallar baş verən zaman ordu rəhbərliyində istefalar olur. Bizdə belə halların baş verməsi gözlənilirmi?- sualına millət vəkili belə cavab verib:  "Məsələ ilə bağlı geniş məlumat verilməyib. Bildirilir ki, erməni xüsusi xidmət orqanlarına işləyən vətəndaşlarımız həbs edilib. Onlar kimdir, nəçidir, hansı statusda olub, bununla bağlı geniş məlumat yoxdur. Şübhəsiz ki, əgər həmin vətəndaşlarımız dövlət orqanlarında işləyəyiblərsə, onların qarşısı vaxtında alınmayıbsa, buna cavabdeh olan şəxslərin də məsuliyyətə cəlb edilməsi gözləniləndir.

Həsən Babayev