Heydər Əliyev Fondunun vitse-prezidenti, fondun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva Bakı Şopinq Festivalı haqqında danışıb.

Festivalın mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, L.Əliyeva deyib ki, festival çox gözəl keçir.

"Mən bilirəm ki, festival çox gözəl keçir və ümid edirəm iştirak etmək imkanım olacaq - deyə, o, Eurasiadiary.com saytına müsahibəsində bildirib.

Onun fikrincə, bu cür tədbirlərin keçirilməsi turizmin inkişafına müsbət təsir göstərir: "Ümid edirəm ki, Bakı Şopinq Festival kimi tədbirlər Azərbaycana turist axınına səbəb olacaq.

Qeyd edək ki, Bakı Şopinq Festivalı mayın 10-da başa çatacaq.