Xəbər verdiyimiz kimi, 10 may Azərbaycanın eks prezidenti Heydər Əliyevin doğum günüdür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub.
Unikal.org-un əməkdaşı 1998-ci ildə ulu öndər Heydər Əliyevin qarşısında şeir deyən və görüntüsünün sosial şəbəkədə geniş yayıldığı video qəhrəmanını taparaq ondan müsahibə alıb.
Əslən Masallı rayonundan olan aktyor Cəmaləddin Əliyev həmin tarixlə bağlı xatirələrini bölüşüb.
-1998-ci ildə mərhum prezident Heydər Əliyev bölgələrdə seçki öncəsi görüş keçirirdi. Masallı rayonu da bu görüşə çox gözəl hazırlaşmışdı. Prezidentlə görüşdə bir neçə nəfər çıxış edirdi. Həmin şəxslərdən də biri mən idim. Mənə çıxış etmək tapşırılanda həddən artıq sevindim. Çünki dövlət rəhbərinin qarşısında çıxış etmək şərəfi mənə qismət olmuşdu. Bu həm də bir məsuliyyət idi.
Tədbirdə ulu öndərin qarşısında şeir deməyə başladım. Sanki Heydər Əliyevin qarşısında mənə əlavə güc gəldi. Bu şeiri dedim:
Millətinin nəbzini sıxıb gözünə,
Torpaq ağlayırdı daş ağlayırdı,
Yurdun fəsilləri geymişdi qara,
Payız ağlayırdı, qış ağlayırdı,
Didərgin naləsi məmləkət üstə,
Qara bayraq kimi dalğalanırdı,
Dədə Qorqud eli, Koroğlu Yurdu,
Tikə-tikə, oba -oba yağmalanırdı-¦
Bu şeiri şair Balayar Sadiq ümumilli liderə həsr etmişdi. Onun həmin şeiri yazmaqda məqsədi 1992-ci ildə Azərbaycanda xaos, səriştəsizliyin hökm sürdüyü bir vaxtda Heydər Əliyevin bizim köməyimizə gəlməsini tərənnüm etmək idi. Ölkə dağılıb gedirdi. Xalqın təkidi, tələbi ilə mərhum prezident Heyədər Əliyev Naxçıvandan Bakıya gəldi. Onun çox qiymətli bir sözü var idi ki, "mən bundan sonra qalan ömrümü xalqıma həsr edəcəm. Həmin şeirdə də bundan bəhs edilirdi:
At oynada bilməz sağında şər, solunda şər,
Qəlmizə yazmışıq biz Heydər xalqdır, xalq Heydər
Ali insan ağsaqqaldır sənə, mənə,
Xoşbəxtəm ki, Heyər Əliyev bu gün mənim prezidentimdir
Nəhayət, o şeri deməmişdən qabaq mənə tapşırılmışdı ki, diqqətli olmaq lazımdır. Mən şeiri deyib qurtaranda bir daha qürur hissi keçirdim. Şeirin sonunda belə bir bənd var idi:
İmanım sənədir sənə,
Qəlbim sənə qarşı oyanıbdır ata,
Bu gün Masallıda olan seçicilər səni,
Seçicindir ata.
Bundan sonra böyük insandan "sağ ol sözü aldım. 2003-ci ildə Masallıda İlham Əliyevin seçiciləri ilə görüşündə onun qarşısında tək mən çıxış elədim.
Bu gün də tədbirlərdə çıxış edərkən ulu öndərin müqəddəs kəlamlarını xatırladıram.
-Ölkə başçısı qarşısısında şeir dedikdən sonra həyatınızda nə dəyişdi?
-O çıxışdan sonra həyatımda çox şey dəyişdi. Mən Heydərçiyəm. Bundan sonra həyatımda çox böyük dönüş yarandı.
-Şeirdən sonra Heydər Əliyev sizə nə dedi?
-Mən onunla görüşdüm. Mənə "sağ ol oğlum, hər zaman vətənini sev vətəninə xidmət elə, gözəl insanların arxasınca get deyə bildirdi. Dahi insanın bu sözləri məni qürurlandırdı.
-Hər hansı fəxri ad almısınızmı?
-2006-cı ildə təmsil olunduğum teatr Bakıda keçirilən festival qatıldı. Biz komandalar. arasında üçüncü yeri tutduq. "Əməkdar Mədəniyyət İşçisi adını almaq üçün 4 dəfə təqdim olunsam da, bu vaxta qədər ala bilməmişəm.
-Niyə?
-Səbəbini özüm də bilmirəm. Amma onu bilirəm ki, vermədilər. Mədəniyyət və Turizim Naziri çox hörmətli Əbülfəz Qarayev 2013-cü ilin senntyabr ayının 5-də bizi Cəlilabadda qəbul etdi. Mən Masallı Mədəniyyət Turizm şöbəsinin təklifi ilə qəbulu getdim, nazirlə görüşdüm. Əbülfəz müəllimmənə çoxlu suallar verdi. Kollektivimin 40-a yaxın əməkdaşının olduğunu bildirdim. Fəxri ad alıb, almadığımı soruşanda, yox cavabını verdim. Bildrdim ki, 1 ay sonra 50 yaşım olacaq, ancaq heç bir fəxri ad ala bilməmişəm. Nazir ayağa qalxıb mənə əl uzatdı və məni fəxri ad almağım münasibəti ilə təbrik etdi. Ancaq həmin fəxri ad mənə verilməyib. Sonra mən bir neçə dəfə nazirliyə getdim. Heydər Əliyev və İlham Əliyevlə görüşüm barədə nazirliyin yüksək post tutan əməkdaşlarına materiallar göstərdim. 4 dəfə müraciət etməyimə, nazirin məni təbrik etməyinə baxmayaraq hələki ad verilməyib.
-Bəlkə Sizi Masallıda qısqanırlar ?
-Bizdə Masallıda Mədəniyyət şöbəsində tək müdirin fəxri adı var. Mən bunu pis mənada demirəm və o buna layiqdir. O uzun müddətdir mədəniyyət sahəsində çalışır. Vallah mən kimdənsə özümə qarşı qısqanclıq görməmişəm.
-Övladlarınız sizin yolunuzla gedirlərmi?
-Hər oğlum Bakı Dövlət Universitetində təhsil alıb, Sumqayıtda çalışırlar. Hər ikisi Yeni Azərbaycan Partiyasının üzvüdür. Mən teatıra bağlı olan insanam. Vəzifə aludəçisi olmamışam. Özüm tamaşalara qurluş verməyi sevirəm. Bircə istəyim ad almaqdır. Amma təssüflər olsun ki, o sarıdan ümidsiz qalmışam.