Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli Yıldırım, CHP başqanı Kamal Kılıçdaroğlu Abdulla Gülün atasının yas mərasimində iştirak etmək üçün Kayseriyə gediblər.


Unikal.org bildirir ki, Ahmet Hamdi Gülün cənazəsi üçün məscidə gələn ilk şəxs Ərdoğan olub.

Abdulla Gül mərasimə gələn hər kəsə təşəkkür edib.

Qeyd edək ki, sabiq prezidentin atası dünən Acıbadem xəstəxanasına götürülüb və orada dünyasını dəyişib.