Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəhbəri Elnur Abdullayev tutduğu vəzifədən azad edilib.

Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, onun işdən azad edilməsi bu dəqiqələrdə reallaşıb. Elnur Nazim oğlu Abdullayevin yeni vəzifəyə təyinat alacağı gözlənilir.

Xatırladaq ki, Nəqliyyat naziri Ziya Məmmədovun 03 avqust, 2015-ci il tarixli əmri ilə Elnur Nazim oğlu Abdullayev Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdi. O, eks-nazirin oğlu Anar Məmmədovun yaxın dostudur.

Bundan əvvəl isə E.Abdullayev "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi MMC-nin baş direktoru vəzifəsində çalışıb.