Bir müddət əvvəl Bakıda keçmiş məhkumun polis əməkdaşların üzərinə kislota atması barədə xəbər vermişdik.

Unikal.org-un araşdırması nəticəsində həmin polislərdən birinin Yasamal Mühafizə İdarəsinin əməkdaşı Elşad Məhərrəmli olduğu ortaya çıxmışdı.

Yasamal Rayon Mühafizə İdarəsindən Unikal.org-a verilən məlumata görə, Elşad Məhərrəmli DİN-nin Arif Heydərov adına Hospitalında müalicə olunduqdan sonra evə buraxılıb. Hazırda vəziyyətinin yaxşı olduğu və yaxın zamanda yenidən xidmətə qayıdacağı bildirilir.

Xatırladaq ki, paytaxtın Azərbaycan prospektində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elxan İbrahimov və tanışı, Abşeron sakini Nailə Sadıqova arasında mübahisə düşüb. Bu zaman N. Sadıqova həmin ərazidə xidmət aparan Yasamal rayon Mühafizə İdarəsinin əməkdaşlarını köməyə çağırıb. Polis əməkdaşları E. İbrahimovu intizama dəvət etmək istəyib. Bu zaman E. İbrahimov əlindəki şüşə qabda olan kimyəvi məhlulu iki polis əməkdaşının və N. Sadıqovanın üzərinə atıb. E. İbrahimov daha sonra qalan məhlulu içib.

Həsən Babayev