"Dəstəmazın namazla heç bir əlaqəsi yoxdur. 

Unikal.org modern.az-a istinadən xəbər verir ki, bunu fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, sənətşünaslıq üzrə elmlər doktoru, Sabirə Dünyamalıyeva deyib. 

- Elm adamısınız. Ərəb dilini nə zaman vaxt tapıb öyrəndiniz?

- Mən desəm ki, ərəb dilini tam bilirəm, bu, yalan olar. Öyrənməyə çalışıram. Mən türk mənbələrindən, Haqqı Yılmazdan oxuyuram. Onunla bir dəfə görüşmüşəm. Mən təklif verdim ki, Haqqı Yılmazla bizim tərcüməçilər bir yerə gəlib müzakirə aparsınlar, problemlər aradan qalxsın. Hakkı Yılmaz Bakıya gəlmişdi, amma onunla bizim tərcüməçilərin görüşməyinə icazə vermədilər.
Türkiyənin Diyanət İşləri Bakanlığı artıq salahatın olduğunu ortaya qoyub. Yəni bu sözün tərcüməsi namaz deyil. Ona görə də 137 ayəni birdən-birə namazla əlaqələndirmək düz deyil. Təsəvvür edin, dəstəmaz da bunun içərisində gedir.

- Xomeyni ya da Xamneyi Quranın orijinalını bilməyiblər ki?!

- Xəbərləri var. Amma nə olsun?! Məgər Vasim Məmmədəliyevlə Ziya Bünyadovun xəbəri yoxdur?
Hər bir şeyin sübutu olmalıdır. Sən niyə (bütün tərcüməçiləri nəzərdə tutur - A. K) salaatı namaz kimi tərcümə edirsən? Niyə aləmi bir-birinə qatırsan?

Haqqı Yılmaz isə hər şeyi sübut edir. Namazla salaaatın fərqini izah edir. Məsələnin dərinliyinə gedir.
Bir dəfə mən rəsmi məclisdə idim. Mənə qadın və islam mövzusunda çoxlu suallar verildi. Hamısına cavab verəndən sonra mənə elə gəldi ki, fikrimi izah edə bildim. Qapıdan çıxanda isə biri mənə yaxınlaşıb dedi: "Əldə lak olanda namaz qılmaq olar, ya yox?. Demək ki, mən 3 saat boşuna danışmışam.

Mən başa sala bilməmişəm ki, dəstəmazın namazla heç bir əlaqəsi yoxdur.

- Anlamadım, dəstəmazsız namaz qılmaq olar?

- Dəstəmazın namazla heç bir əlaqəsi yoxdur. Ərəb dilində başqa-başqa mənadadır. "Maidə surəsinin 6-cə ayəsində dəstəmaz sözü salaaata aiddir. Yazılır ki, salaaata qalxanda dəstəmaz lazımdır.

- Bəs salaat nədir?

- Salaat cəmiyyət içərəsinə çıxanda mütləq dəstəmaz almaqdır. Bəs burada dəstəmaz nə mənada işlənir? Dəstəmaz saçını düzəltmək, geyiminə fikir verməkdir. Cəmiyyət arasına çıxanda hamı dəstəmaz alıb çıxır.

Namaz isə Allaha yalvarıb-yaxarmaqdır. Mən küçədə bir çalaya yıxılmışam. Təbii ki, dəstəmazım pozulub. Mən Allaha yalvarmalıyam ki, o çaladan çıxa bilim.