Sumqayıt sakini 8 yaşlı Gülay Fərzəliyeva at çapmağı ilə hər kəsi heyran qoyur.

Unikal.org-un ARB 24-ə istinadən məlumatına görə, Gülay 4 yaşından at çapır. Bu barədə atası Vüsal Fərzəliyev danışır: "Gülay 4 yaşından at çapır. Harada görsənib ki, 4 yaşlı qız yəhərsiz at çapa?!.

Yəhərsiz atın üzərində sürətlə hərəkət edən Gülay hətta əllərini buraxmağa da cəsarət tapır. Deyir, atı belə məharətlə çapmaq ailədən gələn bir istedaddır: "Bizim qadın qəhrəmanlarımız da atın belində olublar. Mən də istəyirəm onlar kimi olam.

Balaca qızcığazın məharəti bir yana onun atası il birgə etdiyi hərəkətlər isə daha böyük maraq doğurur.

Gülay at çapmağı nə qədər çox sevsə də heç də bütün vaxtını buna sərf etmir. O, həm də dərslərində yaxşı nəticələr göstərir.