ATV-də yayımlanan Turan İbrahimovun müəllifi və aparıcısı olduğu "ATV səhər" verilişinin bağlanmasını istəməyən bir qrup şəxslər sosial şəbəkələrdə maraqlı kompaniya təşkil ediblər. Belə ki, aparıcının fotosunun üzərinə "Düz danışan düzdə qalmasın, cənab prezident göz yummasın sözləri qeyd edilərək paylaşılıb. Müzakirələrdə T.İbrahimovun artıq ATV-dən ayrıldığı qeyd olunur. 

Sözügedən məsələ ilə bağlı Unikal.org-a danışan aparıcı bildirib ki, onun işdən çıxarılması barədə yayılan məlumatlar əsassızdır. T.İbrahimov qeyd edib ki, hələ də sözügedən telekanalda fəaaliyyətini davam etdirir:

"Camaat verilişimin bağlanmasından narahat olduğu üçün belə bir kompaniya hazırlayıb. Bu sıravi insanların mənə qarşı sevgisini, inamını göstərir. Buradan həmin insanlara demək isstəyirəm ki, narahat olmağa heç bir əsas yoxdur. İşimin başındayam və hər şey qaydasındadır.

Tamaşaçılar yaxın zamanda sizdən yeni layihə gözləyə bilərmi? sualına isə aparıcı qısa zaman ərzində hər kəsin bunu görəcəyini və bu haqda ictimaiyyətə məlumat veriləcəyini qeyd edib.