Gəncədə bıçaqlanma olub.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, şəhər sakini 1984-cü il təvəllüdlü Mahmudov Nofəl Elxan oğlu qarının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, N. Mahmudov özü-özünü bıçaqlayıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.