İctimai Televiziya və Radio Yayımları Şirkətində yeni təyinatlar olub.

Unikal.org lent.az-a istinadən xəbər verir ki, Elçin Həsənov və Cabbar Quliyev baş direktor Cəmil Quliyevin müavini təyin edilib.

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri Muxtar İmanov məlumatı Lent.az-a təsdiqləyib. O bildirib ki, yeni müavinlər artıq bir həftədir işini icra edir.
Bildirək ki, indiyə qədər İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktorunun müavini Şaiq Məmmədov vəzifəsindən azad edilib.