Pakistan Ermənistanın atəşkəs rejimini pozmaqdan çəkinəcəyini və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət etmək yolu ilə Dağlıq Qarabağ münaqişəsini həll edəcəyini gözləyir.
Bu barədə Unikal.org Pakistan Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.
Qeyd olunur ki, Pakistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək etməyə davam edəcək.