Hərbi əməliyyatların dayandırılması ilə bağlı xəbərlər ümidvericidir.
 
Unikal.org-un APA-ya istinadən xəbərinə görə, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer bildirib.
 
Onun sözlərinə görə, birbaşa səylər atəşkəsin stabilləşdirilməsi üzərində cəmlənməli və yeni eskalasiyanın qarşısını almağa yönəlməlidir: "Hərbi əməliyyatlar effektiv şəkildə və tamamilə dayandırılmalıdır. Bu baxımdan, mən həmsədrlərin regiona erkən səfərini alqışlayıram. Mən tərəflərlə və digər beynəlxalq aktorlarla sıx təmasları davam etdirirəm".