Aprelin 2-də Talış kəndi ətrafındakı strateji yüksəklikləri, Seysulan məntəqəsini və "Lələ təpə" yüksəkliyini işğaldan azad etmiş qəhrəman döyüşçülərimiz ilk dəfə olaraq "Xəzər Xəbər"ə müsahibə veriblər. Onlar əməliyyatda baş verənləri təfərrüatı ilə cəbhə bölgəsinə ezam olunmuş xüsusi müxbirimiz Elmar Həbibliyə danışıblar.
Unikal.org "Xəzər Xəbər"ə istinadən bildirir ki, qorxmadan, çəkinmədən, düşmənin gözünə dik baxaraq hücuma keçdilər. Uzun illərdir işğal altında olan torpaqlarımızın bir hissəsini azad edərək Azərbaycan xalqını sevindirdilər. Onlar Seysulan məntəqəsi, "Lələ təpə" və Talış kəndindəki yüksəklikləri ölkəmizə qaytaran qəhrəman döyüşçülərdir.
Çətin əməliyyatu uğurla başa vuran əsgərlərimiz ruh yüksəkliyi ilə növbəti əmrləri gözləyirlər.