Cəbhə xəttində aprelin 1-dən 5-nə kimi davam edən hərbi əməliyyatlar zamanı erməni silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini də atəşə tutub. 
Unikal.org "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, atışma nəticəsində mülki əhalidən 1-i azyaşlı olmaqla 4 nəfər ölüb, 2-i azyaşlı olmaqla 18 nəfər yaralanıb.
Qeyd edək ki, bunlar bu günə kimi açıqlanan məlumatlardır.
Dinc əhalidən ölən və yaralananların siyahısını təqdim edirik:

Vəfat edənlər:

1. 2000-ci təvəllüdlü Həsənli Turanə Kamandar qızı 
2. 1954-cü il təvəllüdlü Dadaşov Qaraş Şahmar oğlu 
3. 1993-cü il təvəllüdlü Rəhimov Orxan Valeh oğlu 
4. 1992-ci il təvəllüdlü Əsədli Fərman Elçin oğlu

Yaralılar:

1. 1968-ci il təvəllüdlü Cəfərov İlqar Hidayət oğlu 
2. 1989-cu il təvəllüdlü Heydərov Rəşad Qulu oğlu 
3. 1968-ci il təvəllüdlü Heydərov Fərhad Lənkəran oğlu 
4. 1974-cü il təvəllüdlü Mustafayev Akif Musa oğlu 
5. 2000-ci il təvəllüdlü Məhərrəmova Pakizə Fərman qızı 
6. 1984-cü il təvəllüdlü Əliyeva Mehparə Nəbi qızı 
7. 1976-cı il təvəllüdlü Ağayeva Kəmalə Əjdər qızı 
8. Rəhimov Cəlal Saday oğlu 
9. 1990-cı il təvəllüdlü Əhmədov Ramin Rafiq oğlu 
10. 1987-ci il təvəllüdlü Əliyev Sadiq Natiq oğlu 
11. 1982-ci il təvəllüdlü Rəhimov Mübariz Vaqif oğlu 
12. 1953-cü il təvəllüdlü Hüseynov Cümşüd İslam oğlu 
13. 1951-ci il təvəllüdlü Vəliyev Vahid Vəli oğlu 
14. 2003-cü il təvəllüdlü Sənan Vəlizadə 
15. 1938-ci il təvəllüdlü İbrahimov Əbdüləzim Mürsəl oğlu 
16. 1974-cü il təvəllüdlü Allahverdiyev Abbas Şiraslan oğlu 
17. Əhmədov İsa Əli oğlu 
18. Rəhimov Elvin

Bununla yanaşı, yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində yerli sakinlərdən bir neçəsinin evi və kənd məktəbləri dağılıb.