"Şou-biznes nümayəndələrinin vergi ödəmələrində xeyli irəliləyişlər var".
Unikalk.org qafqazinfo-ya istinadən bildirir ki, bu sözləri Vergilər Nazirliyinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov KİV nümayəndələri ilə görüşündə deyib.
Müşavir bildirib ki, təkcə ötən ilin dekabr ayında şou-biznes nümayəndələri tərəfindən ödənilən vergilərin həcmi ötən ilin 11 ayında ödənilən məbləğə bərabər olub:
"Bu ilin 1-ci rübündə xeyli irəliləyiş olub. Çoxu vergiyə cəlb edilib. Aralarında elə şəxslər var ki, heç vergi uçotu qeydiyyatı olmayıb. Bu kimi hallar aradan qaldırılıb. 12-13 min manata toya gedirlər, amma vergi ödəmək istəmirlər. Danışanda da elə ağızdolusu danışırlar ki? Ayda 300 manat maaş alan süpürgəçi hər ay 40-50 AZN vergi ödəyir. Amma bunlar ödməkdən boyun qaçırırlar. Ciddi nəzarət davam etdirilir. Gələcəkdə ictimaiyyətə maraqlı olarsa, onların hər birinin vergi borclarını açıqlaya bilərik".