Ermənistan tərəfi Azərbaycan ordusunun bəzi yüksəklikləri azad etməsini təsdiqləyib.

Unikal.org "Qafqazinfo"ya istinadən xəbər verir ki, separatçı rejimin Rusiyadakı nümayəndəsi Arsen Melik Şaxnazarov bildirib ki, Bakı bir neçə yüksəklik və postları ələ keçirə bilib və həmin yüksəkliklər kifayət qədər önəmli idi:

"Dünən elan edilən atəşkəs olmasaydı, onlar şübhəsiz ki, qaytarılacaqdı".

Şaxnazarov, həmçinin Ermənistan tərəfinin verdiyi itkilərin sayını açıqlayıb. O bildirib ki, döyüşlər gedən 4 gün ərzində erməni tərəfi 50 əsgərini itirib, həmçinin 20-30 nəfəri itkin düşüb, 100-dən çox yaralı var.