Unikal.org xəbər verir ki, TTV-nin (Region TV) əməkdaşları rəşadətli Ordumuzun işğaldan azad etdiyi strateji yüksəklikdə - Lələ Təpədə olublar. Özü də tək olmayıb. Artıq yerli sakinlər öz dədə-baba torpaqlarına köç edirlər.
20 ildən çoxdur ki, düşmən tapdağında olan bu ərazilər, nəhayət ki, tarixi sahibinə qovuşdu. Füzuli rayonu ərazisində yerləşən bu zirvə işğal altında olan digər rayon, kənd və yaşayış məntəqələrimizə gedən yolu nəzarətdə saxlamağa imkan verir. Bu günlərdə Füzuli rayonunda bayram əhval-ruhiyyəsi hökm sürür.
Hər bir Füzuli sakini Milli Ordumuzun işğaldan azad etdiyi əraziləri canlı görmək, dədə-baba topağının qoxusunu duymaq üçün bura gələməyə tələsir, can atır.
Aprelin 5-də Ermənistan tərəfinin və dövlətimizin qəbul etdiyi atəşkəs razılığına əsasən, silahlar susdu. Füzulidə olduğu kimi cəbhə boyu bütün istiqamətlərdə yerləşən yaşayış məntəqələrində həyat öz axarına düşdü. Hər kəs öz işinin başına keçib, qələbənin dadını, ləzzətini çıxarır. Heç nədən və heç kimdən çəkinmədən. Çünki bu ərazilər Cənubi Qafqazın ən güclü Ordusu - Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Ermənistan Ordumuzun gücünü və qüdrətini gördü.
Bu böyük zəfərin ilk qələbəsi idi. Unutmayaq ki, Azərbaycan Ordusunun gücü, təkcə onun sahib olduğu texnikada deyil, həmçinin döyüş ruhunda və əhvalındadır. Şuşa, Xankəndi, Kəlbəcər, Laçından qələbə reportajları hazırlamaq arsusu ilə...