Nəqliyyat Nazirliyinin daha bir funksiyası ləğv edilib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərmanında əksini tapıb.
Əsasnaməyə əsasən Nəqliyyat Nazirliyinin funksiyaları sırasına avtomobil və dəmiryolu nəqliyyatı vasitələri sərnişinlərinin fərdi qəza sığortası üzrə icbari qaydada sığortalanmasına nəzarət etmək daxil olub.
Fərmana əsasən, Nəqliyyat Nazirliyinin bu funksiyası ləğv edilib.