Rəsmi Daşkənd SSRİ-yə aid Almaz Fondundan Özbəkistana düşən paydan imtina etdiyinə görə Rusiya bu ölkənin 865 milyon dollar borcunu silib.
 
Unikal.org Axar.az-a istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin iki ölkə arasında maliyyə məsələlərinin razılaşdırılması ilə bağlı hazırlanan sənədi təsdiqləyib.
 
Məlumata görə, sənəddə Özbəkistanın rəsmi Moskvaya sadəcə 25 milyon dollar ödəyəcəyi qeyd olunub.