Türkiyədə 27 illik ailə həyatı yaşamış cütlüklər təcili tibbi yardım avtomobilində boşanıblar.
Unikal.org xəbər verir ki, təcili yardım avtomobilində boşanan cütlüklər türkiyə mətbuatının diqqətini çəkib.
Bornova Məscidlərində işləyən 57 yaşındakı İrfan Kaplan, 27 illik həyat yoldaşı 56 yaşındakı Salehə Kaplandan 'Şiddətli dolanışıqsızlıq' səbəbiylə razılaşmalı boşana üçün 8-ci Ailə Məhkəməsinə müraciət edib.
Hipertansiyon xəstəsi olan və çəkisi 250 kiloqram olduğu üçün yerimə problemi olan Salehə Kaplan İzmir 8-ci Ailə Ceza Məhkəməsində boşanma iddiasının iclası üçün Bornova Atatürk Mahallesidəki evindən xüsusi təcili yardım avtomobil ilə Bayraklıdakı İzmir Ədalət Məhkəməsinə gətirilib.
Salehə Kaplan məhkəmə salonuna aparıla bilmədiyindən təcili yardım avtmobilində boşanma prossesi həyata keçirilib.
Hakim Kulalı qayğıya möhtac olan Salehə Kaplanın boşanma ilə əlaqədar sözlərini xərək üzərində alıb. 27 illik evli olan və uşaqları olmayan cütün razılaşaraq boşanmaq istədiklərini demələri ilə Hakim Ayşin Kulalı məhkəməni bitirib.
Tərəflər bir-birindən heç nə tələb etmədiyindən aliment və təzminat ödənilməsi üzərində hər hansısa qərar verilməyib.
Qərardan sonar Salehə Kaplan təcili yardımla evinə aparılıb. (DHA)