Azərbaycan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil olunacaq "Ehtiyat zabit hazırlığı kursuna və "Gizir (miçman) hazırlığı kursuna namizədlərin qəbulu elan edilib.

Unikal.org xəbər verir ki, qəbulun şərtləri də açıqlanıb.

"Ehtiyat zabit hazırlığı kursunamüddətli həqiqi hərbi xidmətini başa vurmuş, 28 yaşınadək ali təhsilli vətəndaşlar qəbul olunurlar.

Qəbul olunmaq üçün müraciət etmiş namizədlər test üsulu ilə ümumi fənlərdən və fiziki hazırlıqdan keçirilən imtahanlara cəlb edilirlər.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində təşkil olunan "Gizir (miçman) hazırlığı kursunamüddətli həqiqi hərbi xidmətini başa vurmuş, tam orta təhsilli, 28 yaşınadək vətəndaşlar qəbul olunurlar.

Qəbul olunmaq üçün müraciət etmiş namizədlər test üsulu ilə ümumi fənlərdən və fiziki hazırlıqdan keçirilən imtahanlara cəlb edilirlər.