Gənclər və İdman Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Qax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qax rayonunda "Tarixin canlı səhifələri V Gənclər Festivalı keçirilib.
Unikal.org xəbər verir ki, festivalda Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, Dövlət Sərhəd Xidmətinin rəsmiləri, Milli Məclisin deputatları, gənclər və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
"Tarixin canlı səhifələri festivalı üçün müvafiq rekonstruksiya formatında xüsusi hazırlanmış Azərbaycanın müxtəlif dövrlərini canlandırılan kütləvi tamaşada Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları və süvarilər qrupu da öz bacarıqlarını məharətlə nümayiş etdiblər.
Tamaşada Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti, apardığı müdrik daxili və xarici siyasət, Azərbaycanın keçdiyi inkişaf yolu, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığı böyük uğurlar tarixi video görüntülərlə iştirakçılara təqdim olunmuşdur. AzərÂbaycan bəstəkarlarının simfonik muğamları, tarixi filmlərin musiqiləri əsasında işlənən video görüntülər, xüsusi işıqlandırma effektləri ilə müşaiyət olunan və çoxsaylı tamaşaçılar tərəfindən böyük maraqla izlənən tamaşa AzərbayÂcanının şanlı dövlətçilik tarixinin təbliğ edilməsi və gənc nəslin vətənpərvərlik tərbiyəsi baxımından çox əhəmiyyətli olub.
Qeyd edək ki, festival Azərbaycanın dövlət himninin səsləndirilməsi və atəşfəşanlıqla başa çatıb.