"Dünyanın heç bir münaqişə zonasında qaçqın və məcburi köçkünlərə belə qayğı yoxdur"
Unikal.org xəbər verir ki, bunu Baş nazirin müavini, Qaçqınların və
Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov
Qaradağ rayonunda məcburi köçkün ailələri üçün yaşayış kompleksinin
təməlqoyma mərasimində deyib.
Əli Həsənov qeyd edib: "Zati-aliləri xanım Birinci vitse-prezident. Hörmətli tədbir iştirakçıları. İcazə verin, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə və çox hörmətli Mehriban xanım, şəxsən Sizin mükəmməl təşkilatçılıq və idarəçiliyiniz sayəsində mütəşəkkil səviyyədə keçirilən, Azərbaycanın idman tarixinə yeni qələbələr bəxş edən, hazırkı təlatümlü zamanda bütün İslam ölkələri üçün həmrəylik kimi qəbul edilən IV İslam Həmrəyliyi Oyunlarının uğurla başa çatması münasibətilə Sizi səmimi qəlbdən təbrik edim.
Hörmətli Mehriban xanım, Birinci vitse-prezident kimi Siz ilk müşavirəni Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda ağır şəraitdə yaşayan 4 min məcburi köçkün ailəsinin mənzil şəraitinin yaxşılaşdırılmasına həsr etdiniz. Verdiyiniz tapşırıqlara əsasən, müşavirədən dərhal sonra bu istiqamətdə genişmiqyaslı işlərə başlanıldı. Bu gün 1026 məcburi köçkün ailəsi üçün yaşayış kompleksinin təməlinin qoyulması da bu işlərin davamıdır".
Dövlət Komitəsinin sədri qeyd edib ki, bundan əlavə, Heydər Əliyev Fondunun müraciətinə əsasən özəl təşkilatlardan 210 mənzil ayrılıb və hazırda onlarda son tamamlama işləri həyata keçirilir: "Həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 260 ailəlik dörd yaşayış binasının tikintisi sürətlə davam etdirilir və cari ilin iyul ayında başa çatdırılacaq.
İlk müşavirədən sonra minlərlə məcburi köçkün bizə müraciət edərək onların minnətdarlığını Sizə çatdırmağı xahiş etdilər. Bu gün fürsətdən istifadə edərək, bu xoş missiyanı yerinə yetirir, onların dərin hörmət və ehtiramını Sizə bildirirəm.
Hörmətli Mehriban xanım, yaşadığımız dövr çox çətin, kritik, təlatümlü hadisələrlə zəngindir. Bir faktı nəzərinizə çatdırım ki, əgər 30 il əvvəl dünyada 30 milyon qaçqın və məcburi köçkün, 25 münaqişə zonası var idisə, bu gün dünyada qaçqın, məcburi köçkünlərin sayı 65 milyonu keçib və münaqişəli zonaların sayı isə 70-ə qədərdir.
Hesab edirik ki, bu münaqişələr hegemon dövlətlər tərəfindən öz siyasi və iqtisadi məqsədlərinə nail olmaq üçün müxtəlif bölgələrdə bilərəkdən yaradılır. Bu dövlətlərin məqsədi yeni coğrafi ərazilərə, təbii sərvətlərə, xüsusən enerji resurslarına sahib çıxmaq, regionların idarəçiliyinə nəzarət etməkdir. Nəticədə kiçik dövlətlər, xalqlar və günahsız insanlar əziyyət çəkir. Bu problemləri yaradanlar isə dünyaya demokratiya dərsi keçir və insan hüquqlarının qorunmasından danışırlar.
Azərbaycan Prezidenti və Siz daim sülhsevər siyasət yeridir, ölkələri həmişə həmrəyliyə dəvət edir, öz xalqına xidmətlə bütün dünyaya nümunə göstərirsiniz.
Dünyanın super dövləti olan ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə Respublika Günü münasibətilə bu günlərdə ünvanladığı təbrik məktubundan bir cümləni vurğulamaq yerinə düşərdi. O qeyd edib ki, "həm ölkələrimiz, həm də dünya üçün daha gözəl gələcək naminə Sizinlə fəal tərəfdaşımız kimi işləməyi səbirsizliklə gözləyirəm. Bu, məhz ölkə Prezidentinin və Sizin xalq üçün gördüyünüz işlərə beynəlxalq ictimaiyyət tərəfindən verilən ən yüksək qiymətdir. Ancaq ən layiqli qiyməti Azərbaycan xalqı verib.
Azərbaycan Prezidenti dəfələrlə qeyd edib ki, bizim əsas vəzifəmiz, məqsədimiz xalqımıza xidmət etməkdir. Son 13 ildə öz tarixi yurdlarından didərgin düşmüş soydaşlarımız üçün 95 qəsəbənin tikilməsi, 250 min nəfərin mənzillə təmin edilməsi bu xidmətin əyani sübutudur.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, möhtərəm Prezidentimiz İlham Əliyev və Sizin tərəfinizdən uğurla davam etdirilən bu siyasətin dünyada analoqu yoxdur və dünyanın heç bir münaqişə zonasında, həmçinin bütün Avropa ölkələrində qaçqın və məcburi köçkünlərə belə qayğı yoxdur. Məhz buna görə də qaçqın və məcburi köçkünlərimizin ölkə başçısına və Sizə olan tükənməz inamlarının da dünyada analoqu yoxdur.
Kaş belə münasibəti qaçqın və məcburi köçkün problemi ilə guya məşğul olan dövlətlərdə, beynəlxalq qurumlarda və təşkilatlarda görə biləydik. Buna görə də əminliklə deyirik ki, Azərbaycan xalqının, o cümlədən bütün qaçqın və məcburi köçkünlərin inam və ümid yeri yalnız möhtərəm Prezidentimiz İlham Əliyevdir və Sizsiniz. Hesab edirəm ki, Prezidentimizin və Sizin öz xalqına, qaçqın və məcburi köçkünlərə xidmətiniz, qayğınız biz məmurlar üçün ən yaxşı nümunədir.
Hörmətli Mehriban xanım, bugünkü tədbirdə ölkəmizdəki iş adamlarını bu məsələyə cəlb etməklə yeni ənənənin əsasını qoyursunuz. Necə ki, cənab Prezident dünyanı iqtisadi böhran bürüyən, neftin qiyməti sürətlə aşağı düşən zaman vəziyyətdən çıxış yolu üçün Ulu Öndərin 1970-ci illərdəki təcrübəsinə müraciət edərək kənd təsərrüfatının, qeyri-neft sektorunun inkişafını ön plana çəkdi. Bütün bunlar onu göstərir ki, ölkəmizdə ehtiyat potensial hələ çoxdur və mövcud problemlərin həllində belə imkanlardan səmərəli istifadə etmək olar.
Hesab edirik ki, burada iştirak edən və digər imkanlı iş adamlarımız bu çağırışa qoşularaq, məcburi köçkünlərin vəziyyətini yaxşılaşdırmaq üçün öz imkanlarını əsirgəməyəcəklər".
Əli Həsənovun sözlərinə görə, bu il Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün bütün zəruri sosial infrastruktura malik yeni qəsəbə tikilir: "2016-cı ilin aprel döyüşləri zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz tərəfindən Lələtəpə yüksəkliyinin azad edilməsindən sonra Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində yaşayışın bərpa edilməsi üçün imkan yarandı. Prezident İlham Əliyev tərəfindən kənddə birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının, müvafiq infrastrukturun tikintisi, yolun çəkilişi ilə bağlı sərəncamlar imzalandı. Eyni zamanda, Şuşa məscidinin oxşarı olan məscidin tikintisi ilə bağlı tapşırıq verildi.
Bütün bu tikinti işləri son 2 ay müddətində başa çatdırılıb və yaxın günlərdə qəsəbənin açılış mərasimindən sonra Cocuq Mərcanlı sakinlərinin öz evlərinə qayıdışı təmin ediləcək. Bu, Böyük Qayıdışın başlanğıcıdır. Aprel zəfəri isə Azərbaycan Ordusunun hərb tarixində şanlı səhifədir.
Bu gün daha bir yeni yaşayış kompleksinin təməli qoyulur. Məcburi köçkünlər yaxşı bilirlər və bunu dəfələrlə xarici qonaqlara da qətiyyətlə bildiriblər ki, inşa edilən bu yeni qəsəbələr onların müvəqqəti məskunlaşma yerləridir. Məcburi köçkünlər yaxşı şəraitdə yaşamağa layiqdirlər. Çünki onlar həmişə bütün ictimai-siyasi proseslərdə dövlətçilik mövqeyindən çıxış edib, ulu öndər Heydər Əliyevə, cənab Prezidentə və Sizə öz sadiqliyini daim nümayiş etdiriblər.
Ölkə Prezidenti cənab İlham Əliyevi və şəxsən Sizi tam əmin edirəm ki, bundan sonra da verəcəyiniz hər bir tapşırıq, o cümlədən məcburi köçkünlərlə bağlı göstərişləriniz vaxtında, sürətlə və keyfiyyətlə icra olunacaq".