Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə bir qrup KİV rəhbəri mayın 31-də Naxçıvan Muxtar Respublikasına səfər edib.

Unikal.org-un məlumatına görə, 3 gün davam edəcək səfərdə 20 nəfərlik nümayəndə heyəti Naxçıvanda yerli KİV-lərin iş şəraiti ilə tanış olacaq, "Naxçıvanın turizm potensialının tanıdılmasında medianın rolu" mövzusunda konfransda iştirak edəcəklər.

Naxçıvana səfər edən nümayəndə heyətinə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, "Yeni Azərbaycan qəzetinin baş redaktoru, deputat Hikmət Məmmədov, "Ədalət qəzetinin təsisçisi, deputat Aqil Abbas, "Xalq qəzetinin baş redaktoru Həsən Həsənov, "İki Sahil qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Səs qəzetinin baş redaktoru Bəhruz Quliyev, "APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı, "Trend İA-nın baş direktoru İlqar Hüseynov, "İnterfaks-Azərbaycan İA-nın direktoru Aleksandr İvanov, "Bakı-xəbər qəzetinin baş redaktoru Aydın Quliyev, "525-ci qəzetin baş redaktoru Rəşad Məcid, "Olaylar İA-nın baş redaktoru Yunus Oğuz, "Bizim yol qəzetinin baş redaktoru Bahəddin Həziyev, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, "Xalq cəbhəsi qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "Həftə İçi qəzetinin baş redaktoru Sevinc Seyidova, "Palitra qəzetinin baş redaktoru Namiq Əliyev, "Azernews qəzetinin baş redaktoru Sevil Mikayılova, KİVDF-nin informasiya texnologiyaları üzrə mütəxəssisi Mirsəid Ağayev, "Movqe.az saytının müxbiri Zülfiyyə Quluyeva daxildir.