Azərbaycanda dövlət və özəl baxçaların sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən unikal.org-a verilən məlumata görə, 2016-ci il üzrə ölkəmizdə 1656 dövlət (717 kənd, 939 şəhər), 66 qeyri-dövlət (65 şəhər, 1 kənd) məktəbəqədər təhsil müəssisəsi var. 

2006-ci ildə Azərbaycanda dövlət baxçalarının sayı 1761 olub. Həmin ildə 3 özəl baxça var idisə, hazırda 66 məktəbəqədər təhsil müəssisəsi fəaliyyətə göstərir.

Qeyd edək ki, rəqəmlər Dövlət Statistika Komitəsinin açıqladığı hesabatlardan göstərilib.