Türkiyədə 8.5 aylıq hamilə qadın 3-cü mərtəbədən yerə düşüb.
Unikal.org bildirir ki, 8 metr yüksəklikdən betona çırpılaraq ağır yaralanan 35 yaşlı U.Ş-nin körpəsi əməliyyat olunaraq götürülüb. Sağlıq durumu yaxşı olan körpə hazırda xəstəxanadadır.
Ağır xəsarət alan ana isə reanimasiyada saxlanılır. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.