Qoç - mənfi tendensiyaların çoxluğu sizi qorxutmur. Əhvalınız əladır, çox nikbinsiniz. Heç bir maneə qarşınızda duruş gətirmir. Yeni layihələrə başlaya, sövdələşmələr qura bilərsiniz. Hətta düşmənlərinizlə də danışıqlar apara bilərsiniz: onları öz tərəfinizə çəkə bilməsəniz də, heç olmasa tərksilah edərsiniz.
Buğa - işə köklənmək asan olmayacaq: şəxsi məsələlər, ailə ilə bağlı fikirlər buna imkan verməyəcək. Ancaq bu, elə də ciddi problemlər yaratmayacaq. Ciddi səhvlər buraxmayacaqsınız, xırdaları isə kimlərsə düzəldəcəklər.
Əkizlər - əhvalınız daha da yaxşı olardı, amma təəssüf ki, çox xırda bir problem yaranan zaman siz kədərlənir, tez təslim olur, hər bir qıcığa sərt reaksiya verirsiniz. Özünüzü ələ ala bilsəniz, həyatınızı dərhal yaxşılığa doğru dəyişə bilərsiniz.
Xərçəng - sizə elə gələcək ki, elə bir vacib işlə məşğul olmursunuz, amma adi məişət problemləri sizin fikirinizi çətin keçən gündən yayındıraraq, mənəvi rahatlıq tapmanıza yardımçı olacaq. Ziyafətlərə, insanların çox olduğu yerə getməyin, sevdiyiniz şəxs və yaxud köhnə dostunuzla birgə gəzinti isə kefinizi açacaq.
Şir - təəssüf ki, müsbət tendensiyalar dünənki gündə qaldı. Əlbəttə, bu halın öhdəsindən gəlmək olar. Necə? Sakitcə, ehtiyatlı tərpənərək, artıq hərəkətlərə yol vermədən. Yeni bir layihəyə başlamaq üçün münasib gün deyil.
Qız - əvvəlcədən planlaşdırdığınız bəzi işlərinizi etibarlı tərəfdaşlarınıza həvalə edə biləriniz. Əgər iri bir sövdələşməyə qatılırsınızsa, mütləq mütəxəssislə məsləhət edin, yekun qərarı təklikdə verməyin.
Tərəzi - yaxınlarınızla münaqişələr olmasa da, qarşılıqlı narazılıqlar mümkündür. Çünki heç kim hisslərini gizlətmir. Bu gün zarafat etməyə çalışmayın, sizin yumor hesab etdiyiniz kimlərinsə qəlbini qıra bilər.
Əqrəb - işlər hamar və rəvan getmir. İşgüzar aktivliyinizlə də qürrələnə bilməzsiniz. Faydalı imkanları qaçıra, tənbəlliyiniz ucbatından maraqlı təklifləri rədd edə bilərsiniz.
Oxatan - İş ortaqlarınızdan çox şey gözləməyin, üstəlik, əgər onlar gözləntilərinizi doğrultmasalar, inciməyin. Bu, bir çox mümkün xoşəgəlməz situasiyaların qarşısını alar.
Oğlaq - ətrafınızda baş verən bütün hadisələrə çox emosional reaksiya verirsiniz. Əgər yanınızda sizi dəstəkləyən, başa düşən insan varsa, o qədər də narahat olmağa dəyməz. Amma əgər yaxşı sözləri sizə yalnız nəzakət xatirinə deyirlərsə, bu artıq qorxuludur, çünki yalanı, saxtakarlığı dərhal hiss edirsiniz.
Dolça - vacib bir məsələni vacib bir şəxslə müzakirə etməlisinizsə, o zaman bu işi sabaha saxlamayın! Gün istənilən xarakterli danışıqlar üçün əladır, qarşılıqlı anlaşma əldə edərək, ümumi fikrə gəlmək çox asandır.
Balıqlar - maliyyə problemləri də istisna deyil. Bu gün alış-verişə iri məbləğdə pul xərcləmək məsləhət deyil. Siz pulları səpələmək istəyirsiniz, amma özünüzə lazım olmayan əşyalar alrsınız.
Milli.Az