"Narölkədə rəqəmsal TV, yüksəksürətli fiber-optik internet və mobil xidmətləri bir paketdə təklif edən ilk mobil operator oldu."Qutu təklifindən yararlanan müştərilər rəqəmsal TV, mobil xidmətlər və sabit internet xərclərinə 50%-dək qənaət edir və ayrı-ayrı xidmətlərin aylıq ödənişi üçün vaxt itirmirlər.
"Qutu təklifi sayəsində istifadəçilər ev və mobil kommunikasiya xidmətləri üçün yalnız bir operatora ödəniş etməyin rahatlığını hiss edirlər. Təklifdən yararlanmaqla abunəçilər təkcə xərclərinə deyil, həm də vaxtlarına qənaət edirlər.
"Qutu təklifi ilə "Nar müştərilərə 50-si HD olmaqla 244 telekanal, sürəti 30 mb/s-yə çatan fiber-optik texnologiya üzərindən yüksəksürətli internet, 1000 dəqiqəyədək ölkədaxili danışıq dəqiqələri, 3 GB-dək mobil internet, eləcədə 2000-dək SMS bonusları təqdim edir. "Qutu təklifi abunəçilərin istək və tələblərini nəzərə alaraq 22 manatdan başlayan 5 müxtəlif paketdən ibarətdir.Üstəlik, "Qutu təklifinə qoşularaq öncədən ödəniş etməklə rəqəmsal TV və internet xidməti üçün lazım olan TV-tüner və Wi-Fi ruterini pulsuz əldə etmək mümkündür.
Operator mobil xidmətləri və "Nar-CityNet-in dəstəyi ilə təmin olunan rəqəmsal TV və yüksəksürətli fiber-optik interneti bir paketdə təklif edir.
Müştərilər büdcə və vaxtlarına qənaət edərək yüksəkkeyfiyyətli internet, TV və mobil xidmətlərdən istifadə etməklə yanaşı,həm də "Qutu xidmətinin 24/7 rejimində fəaliyyət göstərən özəl Müştəri xidmətlərindən yararlana bilirlər. Müştəri xidmətləri ilə əlaqə saxlamaq üçün "Nar nömrələrindən 771, stasionar telefonlardan isə (012) 444 07 71 nömrəsinə zəng etmək kifayətdir.
Heç yerə getmədən "Qutu-ya qoşulmağın ən asan yolu isə qutu.nar.az internet səhifəsinə daxil olaraq qeydiyyatdan keçməkdir. İstifadəçiləri maraqlandıran suallar qutu.nar.az saytındakı onlayn çat sayəsində dərhal cavablandırılır.
Qeyd edək ki,"Qutu təklifi "Nar-ın çoxfunksiyalı rabitə strategiyasının tərkib hissəsidir. Bu strategiyanın əsas hədəfi müştərilərə müxtəlif telekommunikasiya xidmətlərini vahid platforma üzərindən təqdim etməkdir.
"Qutu təklifi haqqında daha ətraflı məlumatıqutu.nar.azinternet səhifəsindən almaq olar.