Bu gün əməkdar artist Rəhman Rəhmanovun qızı Rəhilə Rəhmanovanın iki gün bundan əvvəl dünyaya gəlmiş qızı vəfat edib.
Unikal.org atv.az-a istinadən xəbərinə görə, aktyor nəvəsinin ölməsində həkimləri günahlandırıb:
"Nəvəmi itirməyimə baxmayaraq, xəstəxananın heç bir həkimi dəqiq cavab vermir, nəsə deməkdən boyun qaçırırlar. Mən belə başa düşürəm ki, günahkar olduqları üçün cavabları yoxdur. Bircə onu deyə bilərəm ki, uşaq normal çəkildə doğulmuşdu və 2 gün süni nəfəslə yaşamışdı".