Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Ağdam rayonunda erməni təxribatı nəticəsində zərər çəkmiş sakinlərə baş çəkib.
Unikal.org xəbər verir ki, bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.İcra başçısı bildirib ki, ombudsman əvvəlcə ermənilərin ağır artilleriya atəşlərindən zərər çəkmiş orta məktəbdə və məsciddə olub. Daha sonra E.Süleymanova Ağdamın təmas xəttindəki kəndlərində olub, əhali ilə söhbət edib, erməni təxribatı zamanı evləri dağılmış ailələrlə, yaralanan mülki şəxslərlə görüşüb.