Müdafiə Nazirliyi cəbhə ilə bağlı yeni məlumat yayıb.
Unikal.org Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, cəbhə bölgəsində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" tipli pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən xüsusi üsulla endirilib.