"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 aprel tarixli 75 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu haqqında Nizamnamənin 6.3-cü bəndinə uyğun olaraqqərara alıram:
1. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvləri təyin edilsinlər:
Dövlət orqanlarından: | ||
Quliyev Cəmaləddin Həsən oğlu | - | Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri |
Həsənov Rasim Aydın oğlu | - | Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin mətbu nəşrlər üzrə qrupunun rəhbəri |
Hümbətovİntiqam Rəsul oğlu | - | Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri |
Kütləvi informasiya vasitələrindən: | ||
Həsənov Həsən Zal oğlu | - | "Xalq qəzetinin baş redaktoru |
Hüseynov İlqar Məmməd oğlu | - | "Trend İnformasiya Agentliyinin baş direktoru |
Quliyev Bəhruz Vaqif oğlu | - | "Səs qəzetinin baş redaktoru |
Jurnalist təşkilatlarından: | ||
Əskərov Ramiz Baxşəli oğlu | - | Azərbaycan Jurnalistlər Birliyinin baş katibi |
Mirzəyev Ayaz Nizami oğlu | - | "Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri |
Rüstəmov Əvəz Cahangir oğlu | - | "Ruh Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri. |
2. "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 3 iyun tarixli 2923 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, â„– 6, maddə 661) 1-ci hissəsi ləğv edilsin".