Ermənistanın baş naziri Ovik Abraamyan rusiyalı həmkarı Dmitri Medvedevə müraciət edərək, silah təchizatı üçün müqavilənin imzalanmasının sürətləndirilməsini xahiş edib.
 
Unikal.org Musavat.com-a istinadən xəbər verir ki, məlumatı TASS yayıb.
 
"Rusiya tərəfinə Ermənistanın ehtiyacları üçün hərbi təyinatlı malların alınması üçün dövlət ixrac kreditinin verilməsinə görə minnətdarıq. Lakin sazişin müddəalarının yerinə yetirilməsində müəyyən ləngimələr var. Ona görə fə sizdən "Rosoboroneksport"a müqavilənin imzalanması barədə göstəriş verməyinizi xahiş edirəm", - Ermənistanın baş naziri deyib.
 
Ovik Abraamyan bu bəyanatla Rusiyanın baş naziri Dmitri Medvedevlə İrəvanda geniş tərkibli danışıqlar zamanı çıxış edib.