
Xaçmaz sakini özünü odlu silahdan güllələyərək intihar edib.
Unikal.org-un APA-ya istinadən məlumatına görə, insident Xaçmaz şəhəri, Atatürk küçəsində yerləşən evlərdən birində qeydə alınıb. Məlumata görə, 1976-cı il təvəllüdlü Babayev Valeh Azadzan oğlu özünü yaşadığı evdə güllələyib.
Meyit Xaçmaz rayon mərkəzi morqa aparılıb.
Faktla bağlı araşdırma aparılır.