Rusiya Ermənistana satdığı təbii qazın qiymətini aşağı salıb (hər 1000 kubmetr üçün 150 dollar).
Unikal.org "Report"a istinadən bildirir ki, bu barədə Rusiya Federasiyasının baş naziri Dmitri Medvedev ilə görüşün nəticələrini şərh edərkən Ermənistan hökumətinin rəhbəri Ovik Abramyan qeyd edib.
"Bu günədək qaz 165 dollara satılırdı. İndi isə "mavi yanacağ"ın qiyməti 150 dollaradək endirilib. Danışıqlar davam edir. Bunun son istehlakçiya təsir edib-etməyəcəyinə dair məsələ hələlik müzakirə olunur", - deyə O.Abramyan bildirib.
Beləliklə, qiymət 9% endirilib.