Mardin şəhərinin Nusaybin rayonunda PKK-çıların hücumu nəticəsində Türkiyənin 11-ci prezidenti Abdullah Gülün iki mühafizəçisi şəhid olub.  
 
Unikal.org "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Gül Tvitter hesabında yazıb.  "Şəhid olan övladlarımızdan bombanı zərərsizləşdirən mütəxəssislər Erkan Başpehlivan və Salih Taç uzun illər mühafizə heyətimdə çalışıb. Bu iki qəhrəmanımıza və digər bütün polis və əsgər şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Millətimizin başı sağolsun".