Türkiyənin MKE Silah Zavodunun müdiri Mustafa Tanrıverdi, dövlət sirlərini satmaqda ittiham olunaraq həbs olunub.
Unikal.org Avropa.info-ya istinadən xəbər verir ki, Mustafa Tanrıverdi Türkiyənin silah istehsalı layihələrini amerikalılara satmaq istəyərkən saxlanılıb.
Həbs olunan Tanrıverdi haqqında Ankara prokurorluğu istintaq başlayaraq, cinayət təqibinin aparılması Ankara polisinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinə göndərib.
Məlumatlara görə, zavod direktoru Mustafa Tanrıverdi pul qarşılığında 2 silaha aid rəsm və istehsal planlarını ABŞ-lı bir silah zavoduna satacağı məlumatı alan hüquq mühafizə orqanları onu təqib edib.
Məhkəmə qərarı ilə onun iş otağı və evi 24 saat müddətində təqib edilib. Tanrıverdinin amerikalılarla görüşəcəyi restorana dinləmə və video kameralar yerləşdirilib. Xüsusi xidmət orqanları Tanrıverdini hadisə yerindəcə həbs ediblər.
Tanrıverdinin Türkiyəyə aid MP-5 silahının istehsal sirrini və Milli piyada tüfəngi MPT-76-nın istehsal planlarını satmaq istədiyi üzə çıxıb.