Erməni silahlı birləşmələri Ağdamın işğal altında olan ərazilərində iri çaplı silahlarla atəşkəsi pozub.
Unikal.org xəbər verir ki, bu barədə ANS-in cəbhə bölgəsinə ezam olunan xüsusi müxbiri məlumat verib.
Məlumatda bildirilir ki, atəşkəsin pozulması gecənin yarısı izburaxan güllələrin atılması ilə davam edib, qarşı tərəf həmçinin ətrafı işıqlandıran raketlərdən, fişənglərdən də istifadə edib.
"Hazırda cəbhə bölgəsində hava dumanlıdır və görmə səviyyəsinin məhdud olduğu şəraitdə Azərbaycan Silahlı Qüvvələri gücləndirilmiş şəraitdə öz vəzifələrini yerinə yetirirlər. Atəşkəs pozutusu halları ancaq atıcı silahlardan müşahidə olunub. Hazırda sakitçilikdir." – deyə ANS-in xüsusi müxbiri bildirir.