Bakıda Azərbaycan, Rusiya və Qazaxıstan Hərbi Dəniz Qüvvələri nümayəndə heyətlərinin iştirakı ilə cari ilin avqust ayında ölkəmizin Xəzər dənizindəki ərazi sularında keçirilməsi nəzərdə tutulan "Dəniz kuboku - 2017 beynəlxalq müsabiqəsinin planlaşdırma konfransı keçirilib.
Bu barədə Unikal.org-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, konfrans zamanı müsabiqənin keçirilmə qaydaları, təhlükəsizlik məsələləri, həmçinin yarışlar zamanı təşkil olunacaq mədəni-ictimai tədbirlər müzakirə edilib. Sonra konfrans iştirakçıları tərəfindən müsabiqənin keçiriləcəyi təlim-tədris kompleksinə baxış keçirilib.
Sonda konfransın yekun protokolu imzalanıb.