Prezident İlham Əliyevin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AzTv-nin "Günün Nəbzi verilişinin qonağı olub. O, 15 İyun Milli Qurtuluş Günü ilə bağlı fikirlərini bölüşüb.
Unikal.org-un məlumatına görə, Prezidentin köməkçisi ümumilli lider Heydər Əliyevin o vaxtki fəaliyyətinə toxunaraq qeyd edib ki, ulu öndərin səyləri nəticəsində Azərbaycan geridə qalmış aqrar sənaye respublikasından inkişaf etmiş sənaye respublikasına çevrildi:
"Ümumilli lider Azərbaycanda hakimiyyət estafetini qəbul edəndə, Azərbaycan SSR-nin 15 respublikası sırasında ən geridə qalmış aqrar dövlət idi. Bu dövlət nə SSR səviyyəsində tanınırdı, nə iqtisadiyyatı, nə sənayesi, nə də kənd təsərrüfatı ciddi uğurlara malik idi. Azərbaycan xalqı da digərləri kimi SSR-nin datasiyasında yaşamaqda davam edirdi. 1969-cu ildən 1970-ci ilin sonuna qədər olan dövrdə ümumilli lider ilk növbədə Azərbaycanı tanıtdı. SSR miqyasında Azərbaycan xalqı və Azərbaycan Respublikası ən tanınmış, dinamik proseslərdə iştirak edən respublikaya və xalqa çevrildi. Azərbaycan geridə qalmış aqrar sənaye respublikasından inkişaf etmiş sənaye respublikasına çevrildi. Həmin dövrdə ümumilli liderin birbaşa səyi ilə Azərbaycan xalqının mədəniyyəti, ədəbiyyatı, jurnalistikası formalaşdı. Azərbaycanın incəsənət mərkəzləri, teatrları, konsert salonları tikildi. İdmanımız formalaşdı. Müstəqillik dövründə bizim qürur duyduğumuz o nailiyyətlərin böyük əksəriyyəti 70-80 ci illərdə ümumilli liderin yaratdığı məktbəbdən qaynaqlanır. Bununla qane olmayaraq ulu öndər o zaman Azərbaycanın istedadlı gənclərinin SSR-nin ən qabaqcıl təhsil müəssisələrində təhsil almasının təmilini qoydu. Bu siyasət onun 1987-ci ildə Mərkəzi Komitədən istefa verdiyi zamana qədər davam etdi. Bu gün Azərbaycanın dövlət quruculuğunda iştirak edən çoxsaylı kadrlar həmin dövrdə SSR-nin qabaqcıl ali təhsil müəssisələrini bitirmiş insanlardır. Onun dövründə Azərbyacan özünün dilini inkişaf etdirdi. O zaman təhlükəsizlik sistemində azərbaycanlıların sayı artırıldı. 70-80-ci illərdə ulu öndərin təməlini qoyduğu bütün sahələr sonradan biz müstəqil Azərbaycan dövlətinə maik olandan sonra dövlət quruculuğu prosesində istifadə olundu. Sənaye, kənd təsərrüfatı, elm, təhsil potensialımız artdı.
Əli Həsənovun geniş videomüsahibəsini aşağıdakı linkdən izləyə bilərsiniz: