Ana bətnindəki körpədə ürək qüsurunun olması sonradan hansı problemlər yarada bilər? Həmin xəstəlik əsasən hansı səbəblərdən əmələ gəlir?
Unikal.org azertag.az-a istinadən xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının uşaq kardioloqu, professor İbrahim İsayev universitetin mətbuat xidmətinə verdiyi müsahibədə bu barədə danışıb.
Professorun verdiyi məlumata görə, körpə ana bətnində olarkən xəstəlik aşkarlanmırsa, sonrakı illərdə uşaqda anadangəlmə ürək qüsurlarının olması bir çox kobud ürək qüsurlarının aşkar edilməsinə çətinlik törətmir:
"Bunu diqqətli valideynlərin özləri də aşkarlaya bilər. Belə ki, uşağın narahatçılığı zamanı rənginin dəyişərək göyümtül çalar alması, ana südü ilə qidalanarkən tez yorulması və əmməyə fasilə verməsi, pis yatması, başını gec tutması, gec oturması, gec yeriməsi, yeriyərkən tez-tez oturması, ï¬ziki inkişafdan geri qalması, tez-tez soyuqdəymə xəstəliklərinə tutulması və s. əlamətlərin olmasına fikir vermək lazımdır. Uşağın çəki və boy artma dinamikası daim nəzarətdə saxlanılmalıdır. Çəki və boy artımının 2 yaşlı uşaq üçün olan normal göstəricilərdən geri qalması ciddi siqnal kimi qəbul edilməlidir. Həmin əlamətlərin bir neçəsinin olması kompüter, maqnit-rezonans tomoqraï¬yaları və digər yüksək informativli qeyri-invaziv diaqnostik üsulların tətbiqi anadangəlmə inkişaf anomaliyalarının asanlıqla aşkarlanmasına imkan verir. Orta statistik göstəriciyə görə, dünyaya gələn min uşaqdan bir və ya ikisinin ürəyində bu və ya digər kobud inkişaf qüsuru, 10-15-də isə ürəyin kiçik inkişaf anomaliyası olur. Anadangəlmə inkişaf anomaliyası aşkar edilən kimi uşaq dərhal kardioloji müayinədən keçirilməlidir.
Xəstəliyin yaranma səbəblərindən bəhs edən professor uşaqda ürəyin inkişaf anomaliyasının bir neçə səbəbi olduğunu göstərir:
"Bunlardan ən başlıcası, genetik səbəblərdir. İrsi olaraq xromosomlarda olan mutasiya nəticəsində yaranan dəyişikliklər nəsildən nəslə ötürülür. Anadangəlmə ürək qüsurlarının 80 faizə yaxını genetik xromosom dəyişikliklərinin nəticəsi olaraq ortaya çıxır. Qalan 20 faiz isə ananın hamiləlik vaxtı keçirdiyi virus xəstəlikləri, şəkərli diabet, anada olan ürək-qan-damar xəstəlikləri və onun psixoloji durumu, ətraf mühit amillərinin təsiri, şüalanma, qəbul edilmiş dərman maddələri, qidalanma və həyat tərzi, alkoqol və digər amillərin payına düşür. Son zamanlar televizor, mobil telefon və internetin də mənï¬ təsirinin artdığını inkar etmək olmaz. Geni modiï¬kasiya olunmuş qida maddələrinin də qəbulu da heç də az rol oynamır.
Professor uşaq orqanizminin inkişafının əsasən yuxuda daha intensiv getdiyini söyləyir:
Uşaqların həyat tərzinin qurulmasında onların normal yuxusunun miqdarı mütləq nəzərə alınmalıdır. Yeni doğulmuş uşaq 21,1-3 yaş arasında olanlar 18, məktəb yaşlı uşaqlar gündə minimum 8-9 saat yatmalıdır. Onların formalaşması üçün endokrin vəzilərin ifraz etdiyi hormonlar yuxuda daha çox baş verir. Uşaq normal yatmayanda inkişafda mütləq geriləmələr olur. Normal yuxu inkişafın əsasını təşkil edən amillərdən biridir. Məsələn, boy hormonları gündüz yatarkən daha çox ifraz olunur. Bunları mütləq nəzərə almaq lazımdır.