Ötən illə müqayisədə bu il Azərbaycanda həkimlərin ümumi sayında azalma müşahidə olunur.

Unikal.org-un araşdırmasına görə, həkimlərin sayı əvvəlki ilə nisbətən 300 nəfər azalıb. Belə ki, 2016-cı ildə Azərbaycanda həkimlərin sayı 32 min 500 nəfər olubsa, 2017-ci ilə bur rəqəm azalaraq 32 min 200 olub.

Azərbaycanda həkimlərin sayı üzrə ən yüksək göstərici 2011-ci ildə qeydə alınıb. Həmin ildə həkimlərin sayı 33 min 100 nəfər təşkil edib.

Qeyd edək ki, rəqəmlər Dövlət Statistika Komitəsinin açıqladığı hesabatlardan götürülüb.

H.Elbrusoğlu