Aprelin 2-nə keçən gecə cəbhədə Erməni təxribatı nəticəsində döyüşlərdə qəhrəmancasına şəhid olan Vətən övladlarından biri də Nərimanov rayonundan hərbi xidmətə çağırılmış 1994-cü il təvəllüdlü Mirzəyev Mahir Sabir oğludur.
Unikal.org xəbər verir ki, aprelin 9-da şəhidlə vida mərasimi keçirilib.
Şəhid böyük izdihamla son mənzilə yola salınıb.
Şəhidimizi yola salma mərasimində "Qarabağ bizimdir, bizim olacaq!", "Şəhidlər ölməz, vətən bölünməz!" və başqa şüarlar səsləndirilib
Sonra şəhidin cənazəsi Mehdiabad qəsəbəsində yerləşən qəbiristanlığa gətirilib, cənazə namazı qılındıqdan sonra şəhidimizin nəşi Azərbaycan Dövlət Himninin və yaylım atəşinin sədaları altında dəfn edilib.