İyunun 22 -də saat 11:00-da Beynəlxalq Mətbuat Mərkəzində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi və Prezident yanında QHT -lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə "Ermənistanın işğalçılıq siyasəti: regionda təhlükəsizlik və humanitar fəlakət" mövsuzunda beynəlxalq ictimai Forum keçiriləcək.
Beynəlxalq münasibətlərin araşdırılma mərkəzindən unikal.org-a verilən məlumata görə, forumda xarici ölkə səfirlikləri və səfirlər , beynəlxalq təşkilatların nümayəndələri, millət vəkilləri, Prezident Adminstrasiyası, Xarici işlər Nazirliyi, KİV və QHT rəhbərləri, tanınmış ekspertlərin məruzə və çıxışları olacaqdır.