5 iyun - "Su təsərrüfatı və meliorasiya işçiləri günü peşə bayramı ərəfəsində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "Əməkdar mühəndis fəxri adı almış və "Tərəqqi medalına layiq görülmüş, həmçinin "Azərsu Açıq Səhmdar Cəmiyyəti sədrinin əmri ilə "Fəxri Fərmanla təltif olunmuş əməkdaşlara mükafatların təqdim olunması mərasimi keçirilib.
Unikal.org xəbər verir ki, "Azərsu ASC-nin sədri Qorxmaz Hüseynov təltif olunmuş əməkdaşları təbrik edərək bildirib ki, son illər su təsərrüfatı sektoru yeni inkişaf dövrünə qədəm qoyub. İstehlakçıların içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə möhtərəm Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkə miqyasında genişmiqyaslı işlər görülüb, mühüm layihələr həyata keçirilmişdir. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına hesablanmış su təchizatı layihələrinin icrasında su təsərrüfatı işçilərinin böyük xidmətləri olmuşdur. Su təsərrüfatı və meliorasiya sahəsi işçilərinin əməyini yüksək qiymətləndirən Prezident İlham Əliyevin 14 may 2014-cü il tarixdə imzaladığı sərəncamla iyun ayının 5-i "Su təsərrüfatı və meliorasiya işçiləri günü peşə bayramı təsis edilmişdir. Hər il peşə bayramı ərəfəsində bir qrup su təsərrüfatı işçisi fəxri adlar və medallarla təltif olunur. Prezident İlham Əliyevin 2017-ci il iyun ayının 3-də imzaladığı sərəncamlarla su təsərrüfatı sahəsində səmərəli fəaliyyətinə görə "Azərsu ASC-nin 2 əməkdaşı "Əməkdar mühəndis fəxri adına layiq görülmüş, 12 əməkdaşı isə "Tərəqqi medalı ilə təltif olunmuşdur: "Azərbaycan vətəndaşlarının sağlamlığının qorunmasına və sosial rifahının yüksəldilməsinə istiqamətlənmiş dövlət siyasətinə su təsərrüfatı işçiləri özünəməxsus töhfələr verməkdədir. Peşə bayramının təsis edilməsi və bayram ərəfəsində həmkarlarımızın bir qrupunun mükafatlandırılması ölkə başçısının su təsərrüfatı işçilərinin əməyinə verdiyi qiymət, bu sahənin inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir. Əminəm ki, çoxminli su təsərrüfatı işçiləri bundan sonra da var qüvvəsi ilə çalışaraq qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcək, onlara göstərilən etimadı doğruldacaqlar.
"Əməkdar mühəndis fəxri adına layiq görülmüş "Azərsu ASC-nin Su mənbələri və magistral kəmərlərin idarə olunması şöbəsinin rəisi Rasim Quliyev və Qaradağ rayon Sukanal İdarəsinin rəisi Əhliman Mansurov, "Tərəqqi medalı ilə təltif olunmuş "Bakı Sukanal İdarəsinin rəis müavini Əlizadə Nəsirov su təsərrüfatı işçilərinin əməyinə verdiyi qiymətə görə ölkə başçısına minnətdarlıqlarını bildirmiş və qeyd etmişlər ki, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində ölkə rəhbərliyinin həyata keçirdiyi siyasətə su təsərrüfatı işçiləri bundan sonra da öz töhfələrini verəcəklər.
Su təsərrüfatının inkişafında xidmətləri olan və əmək fəaliyyətində fərqlənən 107 əməkdaş "Azərsu ASC sədrinin əmri ilə Fəxri Fərmana layiq görülüb.
Sonra su təsərrüfatı sahəsində səmərəli fəaliyyətinə görə təltif olunmuş "Azərsu ASC əməkdaşlarına "Əməkdar mühəndis fəxri adının vəsiqələri, "Tərəqqi medalları və fəxri fərmanlar təqdim olunub.