Naxçıvanda avtomobil aşıb, xəsarət alanlar var. 

"Unikal" xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistralının Babək rayonu Nehrəm qəsəbəsi ərazisində qeydə alınıb. 75-CB-211 dövlət nömrə nişanlı "KİA" markalı avtomobil yoldan çıxaraq aşıb.

Qəzada 1998-ci il təvəllüdlü Qələndərov Azər Asəf oğlu və onun sərnişini, 2003-cü il təvəllüdlü Əliyeva Sevinc Hüseyn qızı xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.