Son günlər cəbhə xəttində erməni təxribatları nəticəsində gərginliyin artması müşahidə edilməkdədir. Maraqlı məqam ondan ibarətdir ki, cəbhədəki gərginlik ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri və bundan sonrakı tarixlərdə baş verib.

İyunun 20-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərib.

Bölmələrimiz tərəfindən aşkar edilən düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib. Təxribat qrupunun bir üzvü ələ keçirilib.

Bildergebnis für Zahid Oruc

Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə komitəsinin üzvü, millət vəkili Zahid Oruc mövu ilə bağlı Unikal.org-a danışıb. 

O, bildirib ki, cəbhədəki gərginliyin səbəbi ötən ilin aprelindən başlayan proseslərdir: "Bu faktiki olaraq erməni tərəfində bir müddət məlum qorxu, həyəcan, cəmiyyətdəki panikanın dərinləşməsi ilə müşayət olundu. Sonrakı mərhələdə bir sıra ölkələrdən erməni tərəfi silahlar almağa başladı. Daha sonra "İsgəndər raketinin əldə olunması ilə bir qədər informaisya məkanına müəyyən xəbərlər çıxarıldı. Bu informasiyaların dövriyyəsindən Sarkisyan rejimi özünü möhkəmləndirmək vasitəsi kimi istifadə etdi, eyni zamanda "İsgəndər raketlərinin kölgəsində hökumət idarəetmə sistemi dəyişdirildi və parlament modeli hakim partiyanın qələbəsini təmin etdi. Artıq Azərbaycana qarşı təxribatlar intensivləşməkdədir.

Bildergebnis für aprel döyüşləri

Millət vəkilinin sözlərinə görə, əgər diplomatlar danışmırsa, fəal dialoq mühiti hökm sürmürsə, bu avtomatik ordu birləşmələrinin fəaliyyətinə təsir göstərir: "Cəbhədəki vəziyyətin gərginləşməsinə şərait yaradan ikinci mühüm amil danışıqların ümumiyyətlə sıfra düşməsi və yaxud ona yaxın bir vəziyyətin meydana çıxmasıdır. Əgər diplomatlar danışmırsa, fəal dialoq mühiti hökm sürmürsə, bu avtomatik ordu birləşmələrinin fəaliyyətinə təsir göstərir. Bundan əvvəlki illərdə biz müşahidə edirdi ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bölgədə olanda sanki ön cəbhənin əsgəri Ermənistan prezident administrasiyasından aldğı hansısa tapşırıqlar əsasında bir qədər sakitlik rejiminə keçirdi. Bu vasitə ilə formal danışıqlardan nəticə gözlənilirdi. Son dövrlər çox nadir hallarda baş verən həmsədrlərin görüşü zamanı yaşananlar diqqəti cəlb etməkdədir.


12 iyun tarixində diplomatlar İrəvanda görüş keçirib, Qarabağa gəlirlər. Bu dəfə səfərlərinin trayektoriyasını genişləndirərək Kəlbəcərdə oldular və Zəngilana getdilər. Yalnız bundan sonra Bakıya təşrif buyurdular. 19 iyunda ölkə başçısı ilə görüşlər keçirildi. Burada qeyri-adi nəsə yoxdur. Ancaq Kəlbəcərə və Laçına gedilməsinin mühüm səbəbləri var. Görünür, diplomatlar mühüm hərbi kəşfiyyatçı, ömürünü Qarabağ cəbhəsində qocaldan Anji Kaspişikin mühüm məlumatlarını əldə ediblər. Mümkündür ki, emrənilər mühüm silah arsenalının bir qismini məlum Qarabağ ətrafı 7 rayona yerləşdirməkdədir. Doğrudur, bunu bir səfərlə aşkarlamaq və dərhal bununla bağlı məlumat toplusu hazırlamaq asan deyil.

Z.Oruc qeyd edib ki, real olaraq beynəlxalq vasitəçilik missiyası Ermənistan və Azərbaycan cəbhəsindəki gərginliyi ortadan götürməyə qadir deyil: "Həmsədrlər Bakıda və İrəvanda olanda cəbhədə çox ciddi toqquşmalar baş verdi. Bu mühüm siqnaldır. Diplomatlar bağlı qapılar arxasında söhbət aparanda cəbhədə atəş səsi susmadı. Bu çox mühüm nəticə çıxarmağa imkan verir ki, ATƏT-in nə özü, nə missiyası, nə də onun bəyanatları tankın, topun qabağında dayana bilmir. Real olaraq beynəlxalq vasitəçilik missiyası Ermənistan və Azərbaycan cəbhəsindəki gərginliyi ortadan götürməyə qadir deyil.



Müsahibimiz vurğulayıb ki, Azərbaycan ordumuz tərəfindən zərərsizləşdirilən kəşfiyyatçı üzərindən emrənilərin bütün təbliğat arsenlını dağıtmalı və bunların hansı təxribatlara gedə biləcəyini bütün beynəlxalq qüvvələrə göstərməlidir: "Erməni təbliğat maşını bu məsələyə guya əks reaksiya verir. Elə qələmə verir ki, guya o adam mülki bir şəxsdir, yolu azıb Qazax tərəfdə əsir düşüb. Hər halda, onun əyni-başı, danışıq dili, münaisbəti sübut edir ki, bu real olaraq muzdla döyüşən şəxsdir. Bunu da Azərbaycan beynəxlalq dairələrə təqdim etməlidir. Həmin şəxsin üzərindən emrənilərin bütün təbliğat arsenlını dağıdılmalı və bunların hansı taəxribatlara gedə biləcəyini bütün beynəlxalq qüvvələrə göstərilməlidir. Çünki bu adam ermənilərin əleyhinə olan mühüm bir fiqurdur. Bir ay öncə
Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus "OSA zenit-raket kompleksi hərbi qulluqçular tərəfindən müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq hava məkanını nəzarətə götürməyə cəhd olundu. Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın "OSA zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edildi. Hazırda tutulan erməni kəşfiyyatçısını o vaxt Azərbaycan tərəfini qınamaq istəyən beynəlxalq qüvvələrə göstərmək lazımdır ki, görün, ermənilər bu insanlardan hansı məqsədlər üçün istifadə edir.


Həsən Babayev