Prezidentin Sərəncamı ilə ləğv edilən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun köməkçisi vəzifəsinə təyin edilməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Unikal.org xəbər verir ki, A.Bəşirov "Ölkə.Az-a açıqlamasında yayılan məlumatların doğru olmadığını söyləyib:
"Mən necə vəzifəyə təyin edilmişəm ki, xəbərim yoxdur? Bilirsiniz, bu "qız evində toydur, oğlan evinin xəbəri yoxdur misalına bənzəyir. Mən heç bir vəzifəyə təyin olunmamışam, evimdə istirahət edirəm. Ola bilsin ki, kimsə məni Fövqəladə Hallar Nazirliyinin binasında görüb, ona görə də belə yazırlar. Mən nazir Kəmaləddin Heydərovla dostam, hərdən də nazirliyə gedib onunla görüşürəm. Həm də evim Nazirliyin yüz metrliyində yerləşir. Bütün bunlar o demək deyil ki, mən FHN-də işə düzəlmişəm. Yenə deyirəm, bu cür məlumatlar tamamilə yalandır.