Azərbaycanda bayram günlərində sərnişin axınının artması ilə əlaqədar olaraq "Azərbaycan Dəmir Yolları QSC Ramazan bayramı ərəfəsində gücləndirilmiş iş rejiminə keçəcək.
Qurumdan unikal.org-a verilən məlumata görə, sərnişin qatarlarında xidmət mədəniyyətinin səviyyəsinin daha da yüksəldilməsi üçün bütün qüvvələr səfərbər olunub: "Ramazan bayramı günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 15-ə yaxın əlavə vaqonun qoşulması təmin ediləcək".
Qeyd edək ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.